Tanınmış iş adamının oğlu Azərbaycan millisində oynamaq niyyətindədir

14 Aprel 2023 02:50 Milli komanda 1 022
Tanınmış iş adamının oğlu Azərbaycan millisində oynamaq niyyətindədir

Rusiya Premyer Liqasında yarışan "Ximki"də çıxış edən əslən azərbaycanlı tək futbolçu Ayaz Quliyev deyil.

Belə ki, İlya Sadıqov da əslən Azərbaycandandır.

O, klubun əsas himayədarı Tufan Sadıqovun oğludur.

Sportinfo.az xəbər verir ki, sportal.az-a futbolçuya yaxın ətrafından verilən məlumata görə, İlya milli komandada da çıxış etmək istəyir.

O, Azərbaycan millisində oynamaq niyyətindədir. Amma bunun üçün tələsmir. Qarşıdakı illərdə isə İlya milli komandamızda çıxış etməyi planlaşdırır.

Bunun üçün isə o, daim Rusiya Premyer Liqasında oynamaq istəyir.

Maraqlı məqam orasındadır ki, 2000-ci il təvəllüdlü hər zaman "Ximki"yə bağlı olan komandalarda çıxış edib.

Premyer Liqa klubuna qədər o, "Olimp", "Olim-Ximki", “Olimp-Dolqoprudnıy” klublarının üzvü olub. 22 yaşlı futbolçunun “Ximki” ilə müqaviləsi 2024-cü il oyunun 30-na qədərdir.

Hazırda Premyer Liqada qalmaq uğrunda mübarizə aparan Sadıqovun komandası 16 komanda arasında 15-cidir.

Digər Xəbərlər
Xəbər Lenti