De Byazi İcraiyyə Komitəsinin iclasından danışdı: “Şübhəsiz işimiz çətin olacaq”

13 Aprel 2023 17:20 Milli komanda 547
De Byazi İcraiyyə Komitəsinin iclasından danışdı: “Şübhəsiz işimiz çətin olacaq”

“Bu gün səhər AFFA-nın ofisində Rövnəq Abdullayevin sədrliyi ilə keçirilən İcraiyyə Komitəsinin iclasında iştirak etdim.

Məqsəd AÇ-2024-ün seçmə mərhələsində Avsriyaya 1:4 və İsveçə 0:5 hesablı məğlub olduğumuz matçları təhlil etmək idi”.

Sportinfo.az xəbər verir ki, bunu “qafqazinfo”ya açıqlamasında futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi deyib.

O, bu gün baş tutan İK-nın iclasından danışıb:

“Məqsədimiz performansımızı qiymətləndirməyə çalışmaq idi. Yaxın gələcəkdə daha yaxşı milli komanda formalaşdırmaq üçün müzakirələr apardıq, mənfi epizodlar tənqid edildi.

Milli komandamızın böyüməsi üçün birlikdə işlər görmək, Millətlər Liqasında və son iki yoldaşlıq oyunundakı çıxışı davam etdirmək barədə danışdıq.

Bilirik ki, şübhəsiz işimiz çətin olacaq. Lakin biz birlikdə daha yaxşısını və daha çoxunu edə bilərik və buna çalışmalıyıq”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı