"O, öz fikirlərini dedi, biz də - İşini davam etdirməsini qərara aldıq"

13 Aprel 2023 13:20 Milli komanda 547
"O, öz fikirlərini dedi, biz də - İşini davam etdirməsini qərara aldıq"

"Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi AVRO-2024-ün ilk seçmə oyunlarından nəticə çıxarmalıdır".

Sportinfo.az xəbər verir ki, bunu AFFA İcraiyyə Komitəsinin üzvü Zaur Axundov deyib.

Funksioner bugünkü iclasda italiyalı mütəxəssisin hesabatına qulaq asdıqlarını bildirib:

"O, öz fikirlərini dedi. Biz də mövqeyimizi bildirdik. İtaliyalı mütəxəssisin işini davam etdirməsini qərara aldıq".

Axundov baş məşqçi ilə vidalaşmaq və yığmanın yerli mütəxəssislərdən birinə tapşırılması iddiasına da toxunub:

"Elə müzakirə olmayıb. Bunun haradan yayıldığını bilmirəm. Gündəmdə bu cür məsələ yoxdur".

İK üzvü həmçinin vurğulayıb ki, qeyd edilən oyunlardakı uğursuzluqlarda təkcə baş məşqçi deyil, həmçinin futbolçular da məsuliyyət daşıyırlar.

Bundan əlavə, Axundov iclasda futzal üzrə dünya çempionatının elit-raundu, uşaq futbolu və klublardakı akademiyalarla bağlı məsələlərə də baxıldığını diqqətə çatdırıb.

Azərbaycan millisi seçmə mərhələdə Avstriyaya 1:4, İsveçə 0:5 hesabı ilə uduzub.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!