"Onlar İngiltərə, bizimkilər isə Azərbaycan Premyer Liqasında oynayırlar"

12 Aprel 2023 20:20 Milli komanda 635
"Onlar İngiltərə, bizimkilər isə Azərbaycan Premyer Liqasında oynayırlar"

"Yığmalar arasında fərq ondan ibarətdir ki, onların futbolçuları İngiltərə, bizimkilər isə Azərbaycan Premyer Liqasında oynayırlar".

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi AVRO-2024-ün seçmə mərhələsində Avstriyaya 1:4, İsveçə isə 0:5 hesabı ilə uduzduqları səfər oyunları barədə İtaliya mətbuatına açıqlamasında deyib.

67 yaşlı mütəxəssis bildirib ki, hər iki matçda kifayət qədər yaxşı oynasalar da, məğlubiyyətdən qaça bilməyiblər:

"Uduzmağa nifrət edirəm, amma futbolda hər şey ola bilər".

İtaliyalı mütəxəssis aprelin 13-də Bakıya qayıdacağını söyləyib.

Sabah AFFA İcraiyyə Komitəsinin iclası olacaq və Canni De Byazi milli assosiasiya rəhbərliyinə hesabat verəcək.

Digər Xəbərlər
Xəbər Lenti