
"Təəssüflər olsun ki, buraxılan ilk qollardan sonra komandamız psixoloji cəhətdən özünü toparlaya bilmədi".
Sportinfo.az xəbər verir ki, bu sözləri AFFA-nın baş katibi Sərxan Hacıyev ATV telekanalına müsahibəsində deyib.
O, Azərbaycan millisinin Avro-2024-ün seçmə mərhələsində Avstriya (1:4) və İsveçə (0:5) məğlubiyyəti barədə danışarkən məşqçilər korpusunun bu uğursuzluqlara görə hesabat təqdim edəcəyini bildirib:
"Komanda özünü toparlaya bilmədi deyə nəticədə böyükhesablı məğlubiyyətlə üzləşdik. Əlbəttə, bu nəticələr hər birimizi məyus edir
. Məşqçi heyəti tərəfindən AFFA rəhbərliyinə müəyyən hesabat da veriləcək".