"Azərbaycanla matçda ən yaxşı oyunumuzu göstərməsək də, qələbəyə layiq idik"

10 Aprel 2023 09:00 Milli komanda 289
"Azərbaycanla matçda ən yaxşı oyunumuzu göstərməsək də, qələbəyə layiq idik"

İsveç millisinin yarımmüdafiəçisi Mattias Svanberq komandasının gələcək hədəflərindən danışıb.

Sportinfo.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi millisinin AVRO-2024-ün F qrupunun seçmə mərhələsinin 2-ci turunda Azərbaycan üzərində qazandıqları qələbəyə (5:0) da toxunub:

"Əlbəttə ki, gələn il Avropa çempionatına vəsiqə qazanmaq istəyirik. Bizim yeganə məqsədimiz budur.

Bunun üçün mübarizə aparacağıq. Seçmə mərhələnin başlanğıcı yaxşı keçdi. Belçika ilə çətin oyun keçirdik, məğlub olduq.

Düşünürəm ki, onlar qrupun ən yaxşı komandasıdır. Azərbaycanla matçda ən yaxşı oyunumuzu göstərməsək də, qələbəyə layiq idik.

Yaxşı komandamızın olduğunu bilirik və ona görə gələcəyə pozitiv baxırıq”.

Digər Xəbərlər
Xəbər Lenti