"De Byaziyə siyahını verirlər ki, bunları milliyə çağır" - VİDEO

8 Aprel 2023 17:00 Milli komanda 2 040
"De Byaziyə siyahını verirlər ki, bunları milliyə çağır" - VİDEO

Sosial şəbəkədə millinin baş məşqçisi Canni De Byazi ilə əlaqəli nbvbəti iddia səsləndirilib.

Son vaxtlar «tiktoker» kimi fəaliyyət göstərən Ceyhun Sultanovun açdığı «canlı»da italiyalı mütəxəssisin ünvanına ağır ittihamlar səsləndirilib.

«Neftçi»nin sabiq idman direktorunun söhbətinə qoşulan millinin keçmiş müdafiəçisi Mahir Şükürov və tanınmış telejurnalist Ceyhun Rzayev 65 yaşlı sükançının AFFA tərəfindən idarə olunduğunu bildirib.

Onların dediyinə görə, milliyə dəvət olunacaq futbolçuları De Byazi müəyyənləşdirmir, federasiya mənsubları ona hazır siyahı verir.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti