
Azərbaycani komandası iyunun 17-də AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində Bakıda Estoniya yığması ilə üz-üzə gələcək.
Sportinfo.az xəbər verir ki, AFFA estonlarla matçdan sonra millinin oyunsuz qalmasını istəmir.
Buna görə də federasiya iyunun 20-də millinin yoxlama görüşündə qüvvəsini sınaması üçün rəqib axtarışındadır.
Bu məqsədlə Özbəkistan Futbol Federasiyası ilə danışıqlar aparılıb. Amma tərəflər arasında razılıq əldə olunmayıb.
Azərbaycan millisi F qrupunda növbəti iki görüşünü Estoniya(17 iyun) və Belçikaya (sentyabr 9) qarşı keçirəcək.