AFFA-nın baş katibi təklif etdi - Gözləməyək, istefaya göndərək!

7 Aprel 2023 13:00 Milli komanda 2 385
AFFA-nın baş katibi təklif etdi - Gözləməyək, istefaya göndərək!

AFFA-nın baş katibi Sərxan Hacıyevı millinin baş məşqçisi Canni De Byazi ilə bağlı fikrini qətiləşdirib.

O, italiyalının yığmanın sükanı arxasından uzaqlaşdırılmasına tərəfdardır.

Ötən ilin mayında vəzifəyə gələn gənc funksioner 65 yaşlı çalışdırıcı ilə müqaviləyə birtərəfli xitam verilməsinə çalışır.

Baş katib öz mövqeyini SOCAR-a - AFFA-nın əsas himayədarına da çatdırıb.

S.Hacıyev AVRO-2024-ün seçmə mərhələsinə Avstriya (1:4) və İsveç (0:5) məğlubiyyətləri ilə start verən De Byazinin vəzifədə qalacağı təqdirdə, yığmanı daha biabırçı nəticələr göstərəcəyi qənaətindədir, bunu da neft şirkətinin mənsubları ilə məsləhətləşmə zamanı dilə gətirməkdən çəkinməyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti