Uğursuzluqları sıralayan Azərbaycan yığması gerilədi - YENİ SİYAHI

6 Aprel 2023 12:40 Milli komanda 610
Uğursuzluqları sıralayan Azərbaycan yığması gerilədi - YENİ SİYAHI

FIFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, Azərbaycan yığması ötən ayla müqayisədə 3 pillə geriləyib.

Canni De Byazinin rəhbərlik etdiyi kollektiv hazırda 1142 xalla 124-cü pillədə qərarlaşıb.

Avro-2024-ün seçmə mərhələsində milli komandamızın rəqiblərindən ən yaxşı göstərici Belçikaya məxsusdur.

"Qırmızı şeytanlar" 1792 xalla 4-cü yerdədir. Digər rəqiblərimiz İsveç 22-ci, Avstriya 32-ci, Estoniya isə 108-ci yerdədir.

Reytinq cədvəlinə son dünya çempionu olan Argentina seçməsi başçılıq edir. "Tanqoçular"ın aktivində 1840 xal var. Fransa (1838) ikinci, Braziliya (1834) üçüncüdür.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti