De Byazi ikibaşlı danışdı: "İnkişafa can atan oyunçularınız varsa, qalib gələcəksiz"

4 Aprel 2023 01:00 Milli komanda 582
De Byazi ikibaşlı danışdı: "İnkişafa can atan oyunçularınız varsa, qalib gələcəksiz"

"Əgər düşüncələrinizi futbolçuların beyninə köçürmək bacarığınız, həmçinin, inkişafa can atan oyunçularınız varsa, qalib gələcəksiniz".

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi ölkə xaricində işləmək barədə "firenzeviola.it" saytına müsahibəsində deyib

İtaliyalı mütəxəssis bildirib ki, bu təcrübə məşqçiyə çox kömək edir:

"Yerli dinamikaya incəliklə uyğunlaşmağa çalışmalısan. Məsələn, mən əvvəlcə yeni vərdişlərə adaptasiya olmaqda çətinlik çəkirdim.

Bu işi görəndə daha az fundamentalizmə və daha çox çevikliyə ehtiyacınız var".

Canni De Byazi 2020-ci ilin avqustundan Azərbaycan millisinə başçılıq edir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti