"Azərbaycan millisi üzərində layiqli qələbə qazandıq".
Sportinfo.az xəbər verir ki, bunu Avstriya yığmasının futbolçusu Mixael Qreqoriç evdə Azərbaycana 4:1 hesabı ilə qalib gəldikləri AVRO-2024-ün seçmə mərhələ matçı haqda deyib.
Qarşılaşmada 2-ci qolun müəllifi olan 28 yaşlı hücumçu üstün oyun nümayiş etdirdiklərini bildirib:
"Bir neçə epizodda qol vura bilərdim, amma öz işimi çətinləşdirdim. Fürsət düşdüsə, reallaşdırmaq lazımdır.
Amma şadam ki, istəyimə çata bildim. Aşkar üstünlüyümüz şəraitində keçən görüşdə layiqli nəticə əldə etdik".
Azərbaycan millisi qrupda növbəti oyununu martın 27-də səfərdə İsveçə, Avstriya isə evdə Estoniyaya qarşı keçirəcək.

