"Düşünürəm ki, bu matç bizə müsbət impuls verdi".
bunu Avstriya yığmasının kapitanı David Alaba evdə Azərbaycana 4:1 hesabı ilə qalib gəldikləri AVRO-2024-ün seçmə mərhələ oyunundan sonra deyib.
Zədə səbəbindən bu matçda iştirak etməyən "Real Madrid"in sol cinah müdafiəçisi bildirib ki, komanda yoldaşlarını izləmək çox əyləncəli idi:
"Özümüzü meydanda məhz bu cür təsəvvür edirdik. Çalışdım ki, komandanı dəstəkləyim, onları ruhlandırım.
Hesab 3:1 olduqdan sonra bunun bizi dəli etməsinə imkan vermədik, konsentrasiyanı itirmədik".

