"İlk dəqiqələrdən mübarizə apardıq, rəqibin də güclü tərəfləri var".
Sportinfo.az xəbər verir ki, bunu Avstriya yığmasının futbolçusu Marsel Sabitser evdə Azərbaycan millisinə 4:1 hesabı ilə qalib gəldikləri AVRO-2024-ün seçmə mərhələ oyunu haqda deyib.
"Mançester Yunayted"də çıxış edən 29 yaşlı yarımmüdafiəçi nəticədən razı qaldığını bildirib:
"Görüşün əvvəlləri istədiyimiz kimi alınmasa da, sonrada öz oyunumuzu tapdıq. Seçmə mərhələyə 4:1 hesablı qalibiyyətlə başlayırsınızsa, nəticədən razı qala bilərsiniz.
Rahat qələbə qazandığımız üçün çox şadam. Fikrimcə, üzərimə düşən vəzifəni yerinə yetirə bildim".

