
AFFA-nın vitse-prezidenti və Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov federasiyada məsələ qaldırıb.
O, İcraiyyə Komitəsinin (İK) təcili toplantısının keçirilməsini təklif edib.
Burada isə yalnız bir mövzuya aydınlıq gətirilməlidir.
Sadıqov millinin AVRO-2024-ün seçmə mərhələsinə biabırçı startının araşdırılmasını və Canni De Byazinin baş məşqçisi postundan uzaqlaşdırılmasını istəyir.
Vitse-prezident federasiya mənsubları ilə söhbətində qeyd edib ki, Avstriya və İsveçə böyükhesablı məğlubiyyətlər AFFA-nı ictimaiyyətin gözündən salır və onun özü də sadə insanların arasına çıxmağa utanır.
Sadıqov italiyalı çalışdırıcının Bakıda vaxtını boş keçirdiyini və ona xərclənən vəsaitun havaya uçduğunu bildirib.
SPORTİNFO.AZ