Millimiz Şimali Makedoniya ilə 2 dəfə qarşılaşacaq - Skopyedə

1 Aprel 2023 08:40 Milli komanda 203
Millimiz Şimali Makedoniya ilə 2 dəfə qarşılaşacaq - Skopyedə

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının aprelin 12-dən 15-dək Bakıda, 16-dan 21-dək isə Şimali Makedoniyanın Skopye şəhərində təlim-məşq toplanışı olacaq.

Sportinfo.az xəbər verir ki, millimiz hazırlıq çərçivəsində aprelin 18-də və 20-də Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı iki yoldaşlıq oyunu keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti