Şəhid övladlarının Premyer Liqa sevgisi – TƏSİRLİ VİDEO

1 Aprel 2023 17:00 Milli komanda 316
Şəhid övladlarının Premyer Liqa sevgisi – TƏSİRLİ VİDEO

Premyer Liqanın 28-ci turu çərçivəsində “Turan Tovuz” doğma meydanda “Sumqayıt”ı qəbul edib.

Oyun 31 mart Azərbaycanlıların Soyqırımı Gününə təsadüf etdiyindən, futbolçular meydana Qarabağ müharibəsində şəhid olmuş həmvətənlərimizin övladları ilə çıxıb.

Belə ki, Qazax, Ağstafa, Tovuz və Şəmkirdən olan 23 şəhid övladı xüsusi nəqliyyat vasitələri ilə Tovuz şəhər stadionuna gətirilib.

Hakimin start fiti ərəfəsində meydanı tribunaya dəyişən azyaşlılar oyunu böyük coşqu ilə izləyib, “Turan Tovuz”a fasiləsiz dəstək verib.

HƏBİB / SPORTİNFO.AZ

Maraqlı anların görüntülərini təqdim edirik:

Digər Xəbərlər
Xəbər Lenti