
Canni De Byazinin Avstriya ilə oyunda (1:4) Yusif İmanovu start heyətinə daxil etməsi gözlənilməz oldu.
Gənc qapıçının özü də baş məşqçinin Səlahət Ağayevə, yaxud Emil Balayevə etimad göstərəcəyini düşünsə də, zənni onu yanıldıb.
Bir neçə epizodda seyvlə yadda qalan kiper matçdan sonra özünü yaxşı hiss eləməsə də, komanda yoldaşlarından dəstək görüb.
Emin Mahmudov və digərləri millidə debüt matçına çıxan Yusifə ürək-dirək verib, ruhdan düşməməyi məsləhət görüb.
SPORTİNFO.AZ