Ən yaşlı baş məşqçi Azərbaycanda işləyir – POSTSOVET SİYAHIISI

31 Mart 2023 20:20 Milli komanda 365
Ən yaşlı baş məşqçi Azərbaycanda işləyir – POSTSOVET SİYAHIISI

Keçmiş postsovet ölkələrinin milli komandalarına rəhbərlik edən məşqçilərin yaşları ilə bağlı Türkmənistan mətbuatında yazı yayımlanıb.

Sportinfo.az “Türkmenistan Sport”-a istinadən xəbər verir ki, 15 ölkə arasında ən gənc məşqçi Türkmənistan millisinin çalışdırıcısı Merqen Orazovdur.

Siyahıdakı ən yaşlı məşqçi isə Azərbaycan yığmasının çalışdırıcısı Canni De Byazidir:

  1. Türkmənistan: Mergen Orazov (34 yaş)
  2. Ukrayna: Ruslan Rotan (41 yaş)
  3. Latviya: Daynis Kazakeviç (41 yaş)
  4. Qırğızıstan: Aleksandr Krestinin (44 yaş)
  5. Qazaxıstan: Maqomed Adiyev (45 yaş)
  6. Gürcüstan: Villi Sanyol (46 yaş)
  7. Litva: Edqaras Yankauskas (48 yaş)
  8. Estoniya: Tomas Heberli (48 yaş)
  9. Moldova: Sergey Kleşenko (50 yaş)
  10. Rusiya: Valeri Karpin (54 yaş)
  11. Tacikistan: Peter Şeqrt (56 yaş)
  12. Özbəkistan: Sreçko Kataneç (59 yaş)
  13. Belarus: Georgi Kondratyev (63 yaş)
  14. Ermənistan: Aleksandr Petrakov (65 yaş)
  15. Azərbaycan: Canni De Byazi (66 yaş)
Digər Xəbərlər
Xəbər Lenti