AFFA başbilənləri, buyurun, bu da gördüyünüz "iş"in nəticəsi – QORXULU HAL!

31 Mart 2023 19:40 Milli komanda 1 796
AFFA başbilənləri, buyurun, bu da gördüyünüz "iş"in nəticəsi – QORXULU HAL!

Azərbaycanın bütün milliləri biabırçı vəziyyətdədir.

Əsas komanda, U-17, U-19, U-21, qadın futbolu – fərq etmir, hamısı rəqiblər üçün asan yem, gülüş mənbəyidir.

AFFA-nın ölkə futbolu adına yarıtmaz fəaliyyəti yığma komandaların timsalında özünü göstərməkdədir.

İllərdir xərclənən milyonlara baxmayaraq, Azərbaycan futbolunda ivahid mexanizmin, inkişaf platformasının olmaması milliləri rəzil günə salıb.

Ayrı-ayrı detallara toxunub dərinə getməyin anlamı yoxdur. Futbol təsərrüfatına cavabdehlik daşıyanların diqqətinə mart ayındakı göstəriciləri çatdırmaq bəs edir.

Buyurun, bu da Azərbaycan millilərinin bu ay meydana çıxdığı oyunlar və nəticələri.

11 mart. Qızlar, U-19 Yoldaşlıq oyunu BƏƏ – Azərbaycan 1:1

13 mart. Qızlar, U-19 Yoldaşlıq oyunu BƏƏ – Azərbaycan 2:0

22 mart. Qızlar, U-17 Yoldaşlıq oyunu Azərbaycan – Qazaxıstan 2:0

23 mart. U-21 Yoldaşlıq oyunu Albaniya – Azərbaycan 2:1

24 mart. U-19 Yoldaşlıq oyunu Azərbaycan – Ş.Makedoniya 0:0

24 mart. Əsas milli AÇ-2024 Avstriya – Azərbaycan 4:1

25 mart. Qızlar U-17 AÇ-2023 B.Herseqovina – Azərbaycan 2:0

26 mart. U-21 Yoldaşlıq oyunu Azərbaycan – Sloveniya 2:0

27 mart U-19 Yoldaşlıq oyunu Azərbaycan – Ş.Makedoniya 1:2

27 mart Əsas milli AÇ-2024 İsveç – Azərbaycan 0:5

28 mart Qızlar U-17 AÇ-2023 Monteneqro – Azərbaycan 6:1

Buyurun, bu da illərdir formalaşdırmağa çalışdığınız milli komandalar və onların nəticələri. Qızların U-17 və U-19 komandaları, kişilərin əsas yığması, U-19 və U-21 milliləri.

17 gün ərzində yoldaşlıq görüşlərində və müxtəlif turnirlərdə keçirilən 11 oyunda qazanılan vur-tut 2 qələbə. Biri U-21in hesabındadır, digəri qızların U-17-sinin.

Həmin 2 qələbənin yanında 7 məğlubiyyət və 2 heç-heçə.

Bu göstərici AFFA rəhbərliyində təmsil olunanların, gecə-gündüz ölkə futbolunun inkişafından danışanların işinin güzgüsüdür. İllər ötür, Azərbaycan futbolu irəli getmək əvəzinə geriyə addımlayır.

Yəqin ki, ölkə rəhbərliyi səviyyəsində çarəsi tapılacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti