“Arsız, utanmaz adamlarsız, mənliyiniz olsa...” – "PARTLAYIŞ"

30 Mart 2023 23:20 Milli komanda 2 083
“Arsız, utanmaz adamlarsız, mənliyiniz olsa...” – "PARTLAYIŞ"

Azərbaycan millisi AÇ-2024-ün seçmə mərhələsinin startında fiaskoya uğradı.

Ötən ilin payızında ardıcıl 5 oyunluq qələbə seriyası yaxalayan ölkənin bir nömrəli futbol komandası martda keçirdiyi oyunlarda biabır oldu.

Avstriyaya 1:4 hesabı ilə uduzan yığma İsveç səfərində darmadağınla barışdı – 0:5.

İki matçda qapısında 9 top görən komandanın məşqçi və futbolçu heyəti, həmçinin milli komandalara cavabdehlik daşıyan AFFA rəhbərliyi ictimaiyyətin qınağına tuş gəlib.

Son günlər uşaqdan böyüyə hər kəs ölkə futbolunu dünyanın gözləri qarşısında biabır edənləri topa tutur.

“Məhəllədən uşaqları yığıb oynasaq, bundan yaxşı oynayarıq”.

“Affa-nın futbolumuza verdiyi töhfənin nəticəsidir ki, 2 oyuna 9 qol buraxırıq”.

“İstefa üçün hesab neçə olmalıdır ki?”

“Çox arsız, utanmaz adamlarsız. Bir az qeyrətiniz, mənliyiniz olsa istefa verərsiz”.

“Gedin özünüzə iş tapın. Söyülməklə pul qazanmaq kişi işi deyil”.

“Tüpürüm sizin olmayan şərəf və ləyaqətinizə”.

“Ölün, yenə girin! Burnunuzdan gəlsin!”

“Sizdə bir damcı vicdan var?”

“Qayıtmayın Bakıya. Orada fəhlə, usta işi tapıb işləyin”.

“Ölkəmizin adını batıra-batıra gedirsiz. Ar olsun!”

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda