
Azərbaycan millisinin son uğursuzluğu hər kəsi hərəkətə gətirib.
AÇ-2024-ün seçmə mərhələsində Avstriya və İsveçə uyğun olaraq 1:4 və 0:5 uduzan Canni De Byazinin yetirmələrini tənqid edənlər arasında futbol ictimaiyyəti ilə bərabər, həm də aktyorlar, siyasətçilər də görməkdəyik.
Məsələn, tanınmış siyasətçi Tural Abbaslı kimi. Ağ Partiyanın başqanı qonaq olduğu verilişlərin birində AFFA rəhbərliyini sərt tənqid edib.
O, son illər yalnız Qurban Qurbanovun dönəmində əsas millidə ümidverici nəsə olduğunu, onun da torbasının tikilərək yola salındığını bildirib.
Problemin həllini rəhbər şəxslərin postundan ayrılmasında görüb.
XANOĞLAN / SPORTİNFO.AZ
Tural bəyin fikirlərini tam olaraq aşağıdakı linkdən izləyə bilərsiz: