"Hər şey bitdi, bu qrupda nəsə etməyimiz möcüzə olar"

30 Mart 2023 16:40 Milli komanda 558
"Hər şey bitdi, bu qrupda nəsə etməyimiz möcüzə olar"

"Əvvəl də bildirmişdim ki, bu qrupda nəsə etməyimiz möcüzə olar".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Qəbələ"nin kapitanı Asif Məmmədov deyib.

Millinin AVRO-2024-ün seçmə mərhələsinə uğursuz start verməsi barədə danışan yarımmüdafiəçi bunları söyləyib:

"Bizim üçün seçmə mərhələnin ikinci turda bitdiyin düşünmək olar. Çünki çox güclü rəqiblərimiz var.

Demək olar ki, indidən hər şey bitdi. Qarşıda hələ daha güclü Belçika ilə oyunlarımız var.

Bəlkə də xal ala biləcəyimiz Estoniyadır. Onlar da Avstriyaya ciddi müqavimət göstərdi və yalnız son dəqiqələrdə məğlub oldu.

Yaxşı nəsə gözləmirəm. İstərdim ki, nəticələrimiz müsbət olsun, ancaq millinin oyun səviyyəsi məndə o ümidi yaratmır".

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı