“Nyukasl”ın hücumçusu Azərbaycan millisi haqda bu sözləri işlətdi

30 Mart 2023 13:20 Milli komanda 1 656
“Nyukasl”ın hücumçusu Azərbaycan millisi haqda bu sözləri işlətdi

“Azərbaycan millisi üzərində qələbə gözlənilən idi”.

Sportinfo.az xəbər verir ki, bunu İsveç yığmasının futbolçusu Aleksandr İsak Azərbaycan millisini 5:0 hesabı ilə məğlub etdikləri AVRO-2024-ün seçmə mərhələ oyunu ilə bağlı danışarkən deyib.

“Nyukasl”ın hücumçusu qrupda ilk xalları qazanmağın vacibliyindən bəhs edib. 23 yaşlı forvard bunun klub karyerasına da müsbət təsir göstərəcəyini düşünür:

“Belçikaya məğlubiyyətdən (0:3) sonra komandanın özünəinamı qaytarması baxımından Azərbaycan üzərində vacib qələbə qazandıq.

Qol vurmaq üçün bir neçə şansım oldu. Fikrimcə, daha yaxşısını edə bilərdim.

İstənilən halda, hamımız klubumuza yüksək əhvali-ruhiyyədə qoşulduq. Qarşıdakı oyunlarda bunun təsirini hiss edəcəyik”.

Aleksandr İsak Azərbaycan yığması ilə qarşılaşmada 70 dəqiqə meydanda olsa da, qol vura bilməyib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 İyul 21:30 Çək və bizə göndər!