“Azərbaycan yığmasına 3 qol vurmağım üçün üç-dörd dəqiqə bəs edərdi”

30 Mart 2023 12:40 Milli komanda 468
“Azərbaycan yığmasına 3 qol vurmağım üçün üç-dörd dəqiqə bəs edərdi”

“Azərbaycan yığmasına 3 qol vurmağım üçün 3-4 dəqiqə bəs edərdi”.

Sportinfo.az xəbər verir ki, bunu İsveç yığmasının futbolçusu Antoni Elanqa Azərbaycan millisini 5:0 hesabı ilə məğlub etdikləri AVRO-2024-ün seçmə mərhələ oyunu ilə bağlı danışarkən deyib.

İngiltərənin “Mançester Yunayted” klubunda çıxış edən 21 yaşlı hücumçu görüşdə son nöqtəni qoyaraq, millidə ilk qolunu vurduğu üçün xoşbəxt olduğunu bildirib:

“Qol vurmaq həmişə xoşdur. Oyundan sonra bütün həftəboyu özümü çox yaxşı hiss etdim.

Cəmi 3-4 dəqiqə meydanda olsam da, nəyə qadir olduğumu göstərmək istəyirdim. Hələ daha iki qol vura bilərdim”.

Stokholmdakı matçın 87-ci dəqiqəsində meydana daxil olan Antoni Elanqa iki dəqiqə sonra fərqlənib.

Digər Xəbərlər
Xəbər Lenti