"Biz risk etməkdən qorxmadıq, Azərbaycana qarşı hücum futbolu nümayiş etdirəcəyik"

30 Mart 2023 02:20 Milli komanda 345
"Biz risk etməkdən qorxmadıq, Azərbaycana qarşı hücum futbolu nümayiş etdirəcəyik"

Estoniya millisinin baş məşqçisi Tomas Heberli AVRO-2024-ün F qrupunda Avstriyaya qarşı keçirdikləri oyundan (1:2) sonra mətbuat konfransında iştirak edib.

Sportinfo.az xəbər verir ki, isveçrəli mütəxəssis iyunun 17-də Azərbaycan millisinə qarşı keçiriləcək matç haqda da danışıb:

"Biz risk etməkdən qorxmadıq. Avstriyalılar da riskə getdilər. Kifayət qədər güclü olduğumuzu sübut etdik.

Azərbaycanla matçda daha yaxşı oynaya bilərik. Həmin matç fərqli olacaq.

Biz daha topa çox sahib ola biləcəyik. Azərbaycana qarşı əks-hücum yox, hücum futbolu nümayiş etdirəcəyik".

Digər Xəbərlər
Xəbər Lenti