"Mənim də hisslərim var və 5:0-dan sonra tənqidlərin başlamasını xoşlamıram"

30 Mart 2023 02:10 Milli komanda 297
"Mənim də hisslərim var və 5:0-dan sonra tənqidlərin başlamasını xoşlamıram"

İsveçin baş məşqçisi Yanne Andersson AVRO-2024-ün F qrupunun seçmə mərhələsinin 2-ci turu çərçivəsində Solnada Azərbaycan yığması üzərində qazandıqları qələbəni (5:0) şərh edib.

Sportinfo.az xəbər verir ki, isveçli mütəxəssis i 5:0 hesablı qələbədən sonra da tənqidlərin olmasını qəbul etməyib:

“Bu oyuna görə komandaya minnətdaram. Amma bu cür nəticədən sonra tənqidi qəbul edə bilmərəm.

Bu halda özümüzü qoruyacağıq. Mənim də hisslərim var və belə matçlardan sonra tənqidlərin başlamasını xoşlamıram.

5:0-dan sonra bir az da sevinmək olardı. Biz hamımız İsveçin daha yaxşı olmasını istəyirik. Amma kənardan danışmaq asandır”.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!