Millinin sabiq üzvləri ilə bağlı ŞOK İDDİANIN YENİ DETALLARI

30 Mart 2023 16:20 Milli komanda 1 341
Millinin sabiq üzvləri ilə bağlı ŞOK İDDİANIN YENİ DETALLARI

“Polşaya 0:8 hesabı ilə uduzduğumuz oyunda Aslan Kərimov və Cahangir Həsənzadə ilə birgə meydana çıxdığım üçün peşmanam.

Aslan Kərimov 20-ci dəqiqədə ayağını tutdu, guya arxa əzələsini dartmışdı və meydanı tərk elədi”.

Bu fikirlər milli komandamızın veteran müdafiəçisi Mahir Şükürova məxsudur.

Onun bu iddiası qısa müddətdə sosial şəbəkələrdə və mətbuatda geniş rezonans doğurub.

Amma kiçik araşdırma yetərli olub ki, iddianın əsassız olduğu üzə çıxsın.

Belə ki, 2005-ci ildə baş tutan məlum qarşılaşmanın protokoluna baxanda aydın görünür ki, Varşava faciəsində qapını Cahangir Həsənzadə yox, Dmitri Krameronko qoruyub.

Aslan Kərimov isə start heyətində meydana çıxıb. Amma Mahir dediyi kimi 20-ci dəqiqədə əvəzlənməyib, 90 dəqiqə meydanda olub.

Həsənzadə isə görüşü ehtiyat skamiyada keçirib.

Maraqlıdır, özünün meydanda olduğunu dəqiq bilən Mahir kimlərlə 90 dəqiqə çiyin-çiyinə mübarizə apardığını (əgər buna mübarizə demək olarsa) niyə unudub?

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti