HƏYASIZLAR!

29 Mart 2023 19:00 Milli komanda 1 888
HƏYASIZLAR!

Azərbaycanda baş vermiş hansısa xoşagəlməz hadisəyə görə utanmayan adama həyasız deyirlər.

Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi rəhbərlik etdiyi komandanın İsveçlə matçından sonra həyasızlıq edib.

İtalyan mütəxəssisin başında durduğu yığma skandinavlardan 5 cavabsız top buraxdığı halda, adam oyunsonrası mətbuat konfransında “əla oynadıq” deyib.

Rəqiblərin gücünü qabardıb, oyuna yaxşı başladığımızı deyib, isveçlilərin fiziki hazırlığından bəh-bəhlə danışıb.

Bir sözlə, darmadağına don geyindirməklə azərbaycanlıları axmaq yerinə qoyub.

Xalqın pulunu sağa-sola dağıtmaq da həyasızlıqdır. Nisbətən ağır adı da var, etika naminə onu yazmayacam.

Ölkə başçısı İlham Əliyev idmanın və idmançıların inkişafı üçün müəyyən vəsait ayırırsa və kimlərsə həmin pulları atalarının malı kimi sağa-sola xərcləyib illərdir əcnəbilərə yedizdirirsə, bunun özü ən böyük həyasızlıqdır.

Uşaq futbolu, klub futbolu, yığma futbolu – hamısı rəzil gündədir. Səriştəsizlərin ucbatından ölkə futbolu məhv olub.

Futbolçu ola-ola futbol oynamağı bacarmayan, milli formasını CV-sini yaxşılaşdırmaq üçün əyninə keçirən, buraxılan 1-2 qoldan sonra qələbə mükafatının əldən çıxdığını görüb darmadağından qaçmaq əvəzinə həvəsdən düşən, 1:4-də və ya 0:5-lə rahatlıqla qəbullanan futbolçununun bütün bu etdikləri də həyasızlıqdır.

Ayrı-ayrı oyunlardan və epizodlardan danışmağın mənası yoxdur. İllərdir danışmaqdan çənəmiz yerindən qopub, yazmaqdan barmaqlarımızın ucu qabar olub.

Problem hər kəsin gördüyüdür. Ölkə futbolu, başda Azərbaycan millisi olmaqla qalıb həyasızların əlində.

Ötən ilin payızında lazımsız 5 oyunluq qələbə ilə dağ başına qaldırıan Azərbaycan yığması AÇ-2024-ə ardıcıl 2 məğlubiyyətlə başladı -1:4, 0:5.

Rəqiblər həqiqətən güclü idi.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti