Emin Mahmudovun qarnına təpik vuran hücumçu: “Sevindim ki...”

29 Mart 2023 20:20 Milli komanda 2 693
Emin Mahmudovun qarnına təpik vuran hücumçu: “Sevindim ki...”

“Azərbaycanla oyunda qırmızı vərəqə almadığım üçün sevindim”.

Sportinfo.az xəbər verir ki, bunu İsveç yığmasının futbolçusu Viktor Dyekereş Azərbaycana 5:0 hesabı ilə qalib gəldikləri AVRO-2024-ün seçmə mərhələ oyunu zamanı Emin Mahmudova qarşı kobudluq etdiyi epizodla bağlı danışarkən deyib.

Stokholmdakı qarşılaşmanın 24-cü dəqiqəsində top uğrunda mübarizə zamanı təpiklə "Neftçi"nin yarımmüdafiəçisinin qarnına vuran 25 yaşlı hücumçu fransalı baş hakim Stefani Frapparın qərarından razılıq bildirib:

“İndiyə qədər heç vaxt oyun vaxtı kiminsə qarnına təpiklə vurmamışam. Hakimin epizodu sarı vərəqə kimi dəyərləndirməsi gözəl idi.

Ancaq topa müdaxilə etmək istəyərkən rəqibi görmürdüm. Düzü, VAR-a baxılmasından narahat idim”.

Viktor Dyekereş görüşün 79-cu dəqiqəsində İsveç seçməsinin 3-cü qoluna imza atıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti