"Azərbaycanla oyunda vacib xallar qazandıq".
Sportinfo.az xəbər verir ki, bunu isveçli tanınmış futbolçu Fredrik Lunqberq yığma komandalarının AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan üzərində 5:0 hesablı qələbə qazandıqları oyun barədə danışarkən deyib.
46 yaşlı keçmiş yarımmüdafiəçi matçın oynanıldığı "Frends Arena"nın ot örtüyünün bərbad vəziyyətdə olmasından gileylənib:
"Yığma bu cür meydançada oynadığı üçün utanıram. Arena yaxşıdır, ancaq ot örtüyü çox pis idi. Bu, məni çox əsəbiləşdirdi".
Fredrik Lunqberq 1998-2008-ci illərdə İsveç millisinin heyətində 75 oyun keçirib, 14 qol vurub.

