AVRO-2024-də qapısı "karvansaray"a dönən iki komanda var – Biri biz, biri də…

28 Mart 2023 14:20 Milli komanda 1 118
AVRO-2024-də qapısı "karvansaray"a dönən iki komanda var – Biri biz, biri də…

AVRO-2024-ün seçmə mərhələsinin II turunun növbəti oyunlarından sonra statistik göstəricilər bəlli olub.

Sportinfo.az xəbər verir ki, hər iki matçda məğlub olan Azərbaycan hələlik təsnifatda ən çox qol buraxan ikinci komandadır.

Canni De Byazinin baş məşqçisi olduğu yığma iki görüşdə qapısında 9 qol görüb. Milli bu göstəricidə yalnız Lixtenşteyndən (11 qol) geri qalır.

Cəbəllütariq və Lüksemburq 6, Belarus 5 (bir oyuna), San Marino, Malta və Bolqarıstan isə 4 qol buraxıbl

Azərbaycan komandası ən çox qola mane olan kollektivlərin sırasında da yer alıb. Yığma 10 seyvlə Finlandiya ilə birlikdə 4-5-ci yerləri bölüşdürür. Yusif İmanov Avstriya ilə qarşılaşmada 8, Emil Balayev İsveçlə matçda iki dəfə qurtarış edib. İmanov ümumi qapıçıların siyahısında 6-cı pillədə qərarlaşıb.

Milli üzvü Höccət Haqverdi ikili mübarizələrdə 6 dəfə qalib gəlib. O, hazırda bu göstəricidə 4-6-cı yerləri bölüşdürür.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı