Meydana gec girdi, 6 dəqiqə sonra qol vurdu, “Azərbaycanla oyun çox əyləncəli oldu” dedi

28 Mart 2023 14:00 Milli komanda 444
Meydana gec girdi, 6 dəqiqə sonra qol vurdu, “Azərbaycanla oyun çox əyləncəli oldu” dedi

“Azərbaycan yığması ilə oyun çox əyləncəli oldu”.

Sportinfo.az xəbər verir ki, bunu İsveçin futbolçusu Yesper Karlsson Azərbaycan millisini 5:0 hesabı ilə məğlub etdikləri AVRO-2024-ün seçmə mərhələ oyunu ilə bağlı danışarkən deyib.

Stokholmdakı görüşün 82-ci dəqiqəsində meydana daxil olan və cəmi 6 dəqiqə sonra cərimə zərbəsindən fərqlənən 24 yaşlı hücumçu mübarizəyə məhz bunun üçün qoşulduğunu etiraf edib:

“Bu, xəyal etdiyimiz bir şey idi. Bir gün əvvəl Emil Forsberqlə danışdığım zaman o, mənim qol vurmamağımı pis hal hesab etdi.

Buna görə də meydana qol vurmaq hissi ilə daxil oldum”.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var