
“Azərbaycan millisinə qarşı keçirəcəyimiz növbəti matçda oynamaq bəlkə də bir az asan olacaq”.
Sportinfo.az xəbər verir ki,bunu Estoniya yığmasının baş məşqçisi Tomas Heberli Avstriyaya 1:2 hesabı ilə məğlub olduqları AVRO-2024-ün seçmə mərhələ oyunundan sonra deyib.
İsveçrəli mütəxəssis F qrupunun növbəti oyununu Azərbaycan millisinə qarşı keçirəcəklərini xatırladıb:
“Avstriya ilə oyun çox çətin idi. Amma Azərbaycanla qarşılaşma fərqli olacaq.
Həmin matçda topa daha çox sahib ola və hücum futbolu göstərə biləcəyik”.
F qrupunun III turunda keçiriləcək Azərbaycan – Estoniya oyunu iyunun 17-də “Dalğa Arena”da baş tutacaq.