Səhv düşəndə qapılar - Milli tarixində 13-cü dəfə…

28 Mart 2023 11:00 Milli komanda 401
Səhv düşəndə qapılar - Milli tarixində 13-cü dəfə…

Azərbaycan millisi tarixində 13-cü dəfə topu öz qapısına vurub.

Sportinfo.az xəbər verir ki, bu, AVRO-2024-ün seçmə mərhələsinin II turunun İsveçlə oyununda baş verib.

Stokholmda keçirilən görüşün 65-ci dəqiqəsində Bəhlul Mustafazadə avtoqol müəllifi olub. Bu, müdafiəçinin millinin heyətində ilk avtoqolu kimi tarixə düşüb.

Mustafayevə qədər yığmamız 12 dəfə belə uğursuzluq yaşayıb. İlk avtoqol Tərlan Əhmədovun hesabındadır. Antirekordçu isə Rəşad Sadıqovdur. O, 4 dəfə topu yığmamızın qapısından keçirib.

Millidə Tərlan Əhmədov, Emin Ağayev, Emin Quliyev, Aftandil Hacıyev, Pavel Paşayev, Anton Krivotsyuk və Maksim Medvedev də avtoqola üzülüblər.

Azərbaycan millisində avtoqol müəllifləri

7 sentyabr 2002-ci il. AÇ-2004-ün seçmə mərhələ oyunu

Bakı. Azərbaycan – İtaliya 0:2

Tərlan Əhmədov, 32 – hesabı açıb

12 oktyabr 2002-ci il. AÇ-2004-ün seçmə mərhələ oyunu

Helsinki. Finlandiya – Azərbaycan – 3:0

Emin Ağayev, 14 – hesabı açıb

14 dekabr 2003-cü il. Yoldaşlıq görüşü

Dubay. BƏƏ – Azərbaycan – 3:3

Emin Quliyev, 4 – hesabı açıb

26 mart 2005-ci il. DÇ-2006-ın seçmə mərhələ oyunu

Varşava. Polşa – Azərbaycan – 8:0

Aftandil Hacıyev, 16 – hesabı 0:2 edib

29 may 2010-cu il. Yoldaşlıq görüşü.

Bişofshofen. Makedoniya – Azərbaycan – 3:1

Rəşad Sadıqov, 66 – hesabı 0:2 edib

7 sentyabr 2010-cu il. AÇ-2012-nin seçmə mərhələ oyunu

Köln. Almaniya – Azərbaycan – 6:1

Rəşad Sadıqov, 53 – hesabı 0:4 edib

13 oktyabr 2014-cü il. AÇ-2016-nın seçmə mərhələ oyunu

Osiyek. Xorvatiya – Azərbaycan – 6:0

Rəşad Sadıqov, 61 – hesabı 0:6 edib

1 sentyabr 2017-ci il. DÇ-2018-in seçmə mərhələ oyunu

Oslo. Norveç – Azərbaycan – 2:0

Rəşad Sadıqov, 60 – hesabı 0:2 edib

23 mart 2018-ci il. Yoldaşlıq görüşü

Bakı. YO. Azərbaycan – Belarus – 0:1

Maksim Medvedev, 42 – yeganə qol

6 sentyabr 2019-cu il. AÇ-2020-nin seçmə mərhələsi

Kardiff. Uels – Azərbaycan – 2:1

Pavel Paşayev, 26 – hesabı açıb

5 sentyabr 2020-ci il. Millətlər Liqası

Bakı. Azərbaycan – Lüksemburq – 1:1

Anton Krivotsyuk, 48 – hesabı 1:1 edib

24 mart 2021-ci il. DÇ-2022-nin seçmə mərhələsi

Turin. Portuqaliya – Azərbaycan – 1:0

Maksim Medvedev, 37 – hesabı açıb

27 mart 2023-cü il. AÇ-2024-ün seçmə mərhələsi

Stokholm. İsveç - Azərbaycan - 3:0

Bəhlul Mustafazadə, 65 - hesabı 2:0 edib

İsveç - Azərbaycan matçı meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti