"Qurban Qurbanovu intriqalara qurban verərək..." - Deputatdan SƏRT İTTİHAM!

28 Mart 2023 16:00 Milli komanda 3 240
"Qurban Qurbanovu intriqalara qurban verərək..." - Deputatdan SƏRT İTTİHAM!

Azərbaycan millisi AÇ-2024-ün seçmə mərhələsində ikinci görüşünü də məğlubiyyətlə başa vurdu.

İlk oyunda Avstriya millisinə darmadağın (1:4) olan yığma bu dəfə üzümüzü İsveçdə qara etdi.

Canni De Byazinin yetirmələri İbrahimoviçsiz həmvətənlilərindən 5 cavabsız qol buraxdı. Ağır məğlubiyyətə üzüntüsünü ifadə edənlər arasında milli məclisin deputatı Fazil Mustafa da olub.

O, yaşanan növbəti darmadağına öz sosial şəbəkə hesabında yazdığı statusla üsyan edib.

Həmin postu olduğu kimi təqdim edirik:

"Futbolumuz Aşsüzən dövrünə yenidən qayıtdı. Yalandan Byazinin boynuna yıxmayın. Milli komandada oynamanın məsuliyyətini futbolçu anlamırsa və fədakarlıq etmirsə, hansı məşqçını gətirsəniz də belə davam edəcək. Azərbaycanda böyük mənada futbol yoxdursa, milliyə oyunçu götürmə alternativləri hədsiz məhdud olacaq.

Qurban Qurbanovu intriqalara qurban verərək uzaqlaşmağa məcbur etdilər ki, millimiz həmişə bu cür sınıq-salxaq durumda qalsın.

Komandanın liderinin olmaması ilə yanaşı həm də xarakteri yoxdur. Bərabər səviyyədə 70-ci dəqiqəyədək davam edən oyunda son 30 dəqiqədə tam bir acizlik mənzərəsi ortaya qoyuldu.

Udub-uduzmaqdan da önəmli deyil, bütün hallarda əzmkarlık göstərmək lazımdı. Əvəzində tam doqquzluğa vurdular.

Bəs nə etməli? Gürcüstan və Ermənistan millilərinin oyunlarını diqqətlə izləyib, ən azı Aşsüzən olmamanın yolunu tapmaq yaxşı olardı".

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!