“Azərbaycan üzərində 5:0 hesablı qələbədən sonra tənqidi qəbul etmirəm”

28 Mart 2023 02:00 Milli komanda 725
“Azərbaycan üzərində 5:0 hesablı qələbədən sonra tənqidi qəbul etmirəm”

“5:0 hesablı qələbədən sonra tənqidi qəbul etmirəm”.

Sportinfo.az xəbər verir ki, bunu İsveçin baş məşqçisi Yanne Andersson Azərbaycan millisini 5:0 hesabı ilə məğlub etdikləri AVRO-2024-ün seçmə mərhələ oyunundan sonra mətbuat konfransında deyib.

63 yaşlı məşqçi qarşılaşmanın ardından “Viaplay TV”nin studiyasında yerli mütəxəssis Boyan Corciçlə mübahisəsinə də aydınlıq gətirib.

O, 5:0 hesablı qələbəyə görə özü ilə fəxr etdiyini bildirib: “Bu nəticədən sonra əlbəttə ki, özümü müdafiə edəcəyəm. Bu gün üçün özümə və komandama təşəkkür edirəm”.

Andersson yığmaya çağırılmasına baxmayaraq, Azərbaycan millisi ilə matçın iştirak ərizəsinə salınmayan Zlatan İbrahimoviçin zədə ucbatından oynamadığını söyləyib:

“Təəssüf ki, oynaya bilmədi. Komandanın heyətində meydana çıxmağı çox istəyirdi. Oynamadığı üçün əsəbədir”.

Digər Xəbərlər
Xəbər Lenti
23 Oktyabr 18:10 Çək və bizə göndər!
23 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
23 Oktyabr 01:50 Kim güldü, kim üzüldü?