Azərbaycan İsveçdə darmadağın oldu - YENİLƏNİB

28 Mart 00:38 Milli komanda 668
Azərbaycan İsveçdə darmadağın oldu - YENİLƏNİB

Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində ikinci oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Canni De Byazinin baş məşqçisi olduğu kollektiv səfərdə İsveçin qonağı olub.

Stokholm şəhərindəki “Friends Arena”da oynanılan qarşılaşma meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə bitib.

Görüşdə hesab 38-ci dəqiqədə açılıb. İsveç seçməsinin təcrübəli yarımmüdafiəçisi Emil Forsberq fərqlənib.

Meydan sahibləri 65-ci dəqiqədə fərqi iki topa çatdırıblar. Bu dəfə Bəhlul Mustafazadə topu öz qapısına göndərərək, avtoqola imza atıb.

Bununla kifayətlənməyən skandinaviyalılar sona yaxın daha 3 dəfə fərqləniblər. 79-cu dəqiqədə Viktor Dyekereş, 88-ci dəqiqədə Yesper Karlsson, 89-cu dəqiqədə isə Antoni Elanqa adlarını tabloya yazdırıblar.

Beləliklə, üç gün əvvəl Avstriyaya məğlub olan Azərbaycan millisi ardıcıl ikinci oyununda böyük hesabla məğlub olub.

F qrupu

İsveç - Azərbaycan 5:0

Qol: Emil Forsberq, 38, Bəhlul Mustafazadə, 65 (öz qapısına), Gyökeres 79, Karlsson 89, Elanqa 90

İsveç: Robin Olsen, Linus Valkvist, Viktor Lindelöf (k), Hyalmar Ekdal, Qabriel Qudmundsson, Deyan Kuluşevski, Samuel Qustafsson, Mattias Svanberq, Emil Forsberq, Viktor Dyekereş, Aleksander İsak

Ehtiyat oyunçular: Viktor Yohansson, Kristoffer Nordfeldt, İsak Hein, Viktor Klaesson, Yesper Karlsson, Antoni Elanqa, Ken Sema, Edvin Kurtuluş, Karl Starferlt, Yesper Karlström, Kristoffer Olsson, Robin Quayson

Azərbaycan: Emil Balayev, Elvin Cəfərquliyev, Anton Krivotsyuk, Bəhlul Mustafazadə, Höccət Haqverdi, Aleksey İsayev, Emin Mahmudov (k), Riçard Almeyda, Ramil Şeydayev, Toral Bayramov, Renat Dadaşov

Ehtiyat oyunçular: Yusif İmanov, Səlahət Ağayev, Bəxtiyar Həsənəlizadə, Azər Əliyev, Cəlal Hüseynov, Namik Ələskərov, Azər Salahlı, Rüstəm Əhmədzadə, Elvin Camalov, Filip Ozobiç, Musa Qurbanlı, Ozan Can Kökçü

Digər Xəbərlər
Xəbər Lenti