Canni De Byazinin cəsarəti varsa...

27 Mart 2023 19:00 Milli komanda 783
Canni De Byazinin cəsarəti varsa...

Bu gün Azərbaycan millisi AÇ-2024-ün seçmə mərhələsində ikinci matçına çıxacaq.

Rəqib İsveçrə millisidir. İlk oyunda Avstriya yığmasına darmadağın olan (1:4) milli komandamız bu gün minimum 1 xalın axtarışında olacaq. Özünü bağışlatmaq üçün

Yəqin ki, ilk görüşlə müqayisədə minimum 2-3 dəyişiklik olacaq/olmalıdır. Nəzərə alaq ki, ilk oyundan sonra italiyalı mütəxəssisin start heyəti ciddi tənqidlərə tuş gəlmişdi. Digər tərəfdən 4 gün ərzində ikinci səfər oyunun keçirməyimizi də unutmaq olmaz.

Bu nöqteyi nəzərdən heyətdə rotasiyaların olacağı qaçılmazdır. Amma ümid edirəm ki, De Byazi qapı mövqeyinə toxunmayacaq.

Məncə, onun ölkəmizdə olduğu müddətdə verdiyi ən doğru qərarlardan biri ötən oyunda qapını Yusif İmanova tapşırması olmuşdu. 20 yaşlı gənc hər nə qədər həyəcanlı olduğu hiss olunsa da ciddi səhvlə yadda qalmamışdı.

Hətta bir neçə əla seyvlə, inamlı çıxışları və ayaqla yaxşı ötürmələr verməsi ilə diqqət çəkmişdi.

Onsuz da Avstriya önündə ən yaxşı günlərini yaşayan Kamran Ağayev, Dmitri Krameronko da qapıda olsaydı böyük hesabla məğlub olacaqdıq.

Bu gün axşam da möcüzə baş verməsə məğlubiyyətə üzülən tərəf biz görünürük. Heç olmasa Yusif kimi bacarıqlı qapıçı təcrübə qazansın. Ki, gələcək karyerasının uğurlu olması baxımından bu çox vacibdir.

Arxada qalan 3 gündə "Sabah"ın qolkiperin tənqid xətrinə tənqid edən çox oldu. Milli biabırçılığı onun üzərinə atmaq istəyənlər də diqqətdən kənar qala bilməz. Hər birinə böyük ayıb olsun.

De Byazinin cəsarəti varsa, həmin süni tənqidlərə aldanmasın və ötən matçda olduğu kimi çərçivəni yenə İmanova tapşırsın. Onsuz da ciddi nəticələrlə milli tariximizə düşə bilmirsən, barı Yusifi milliyə qazandırmaqla xoş iz buraxmaq fürsətini əldən buraxma.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti