De Byazi İsveçdə bu iki futbolçuya ehtiyac duymadı

27 Mart 2023 16:20 Milli komanda 557
De Byazi İsveçdə bu iki futbolçuya ehtiyac duymadı

Azərbaycan komandasının Avro-2024-ün seçmə mərhələsində İsveçlə oyun üçün 23 nəfərlik sifariş ərizəsi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, yığmamızın baş məşqçisi Canni De Byazi müdafiəçi Tellur Mütəllimov və yarımmüdafiəçi Ceyhun Nuriyevin (hər ikisi “Sabah”) adını iştirak ərizəsinə daxil etməyib.

İsveçlə matça Emil Balayev, Yusif İmanov, Səlahət Ağayev, Azər Əliyev, Bəhlul Mustafazadə, Cəlal Hüseynov, Bəxtiyar Həsənalızadə, Höccət Haqverdi, Azər Salahlı, Toral Bayramov, Anton Krivotsyuk, Elvin Cəfərquliyev, Emin Mahmudov, Riçard Almeyda, Filip Ozobiç, Elvin Camalov, Aleksey İsayev, Namik Ələsgərov, Özancan Kökçu, Ramil Şeydayev, Rüstəm Əhmədzadə, Musa Qurbanlı və Renat Dadaşovun adları daxil edilib.

İsveç - Azərbaycan matçı bu gün Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu