
İsveç millisinin hücumçusu Zlatan İbrahimoviç Avro-2024-ün seçmə mərhələsinin 2-ci turunda Azərbaycan ilə keçiriləcək oyunla bağlı danışıb.
Sportinfo.az xəbər verir ki, 42 yaşlı forvard millimizlə oyunda qol şanslarının çox olacağını bildirib:
"Bu qarşılaşma tam fərqli olacaq. Çoxlu qol şanslarımızın olacağını düşünürəm. Şanslardan yararlanıb qollar vurmaq lazımdır. Necə ki, Belçika millisi bunu bizimlə oyunda etdi".
Həmçinin oxuyun: Avropa çempionatının seçmə mərhələlərinin ən yaşlı futbolçusu oldu
Martın 27-də keçiriləcək İsveç - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Seçmə mərhələnin ilk turunda İsveç Belçikaya 0:3 hesabı ilə uduzub. Azərbaycan yığması isə Avstriyaya məğlub olub - 1:4.