.jpg)
Millimiz bu gün AVRO-2024-ün seçmə mərhələsində növbəti oyununa çıxacaq.
Komandamız səfərdə İsveçin qonağı olacaq.
İlk turda Avstriyada 1:4 hesablı məğlubiyyətə uğrayan yığmamızı Solna şəhərindəki "Frends Arena"da çətin 90 dəqiqənin gözlədiyi şübhə doğurmur.
Birinci matçda Belçikaya evdə 9:3 hesabıyla uduzan skandinaviyalılar Canni De Byazinin çalışdırdığı kollektivdən 3 xal almaq iddiasındadır.
AFFA millinin növbəti dəfə böyükhesablı məğlubiyyətə uğramasını istəmir. Amma səlahiyyət sahibləri vəziyyətin ciddiliyinin fərqindədir.
Bu üzdən futbolçulara ayrılan mükafat fondu bir qədər də artırılıb. Əldə olunacaq heç-heçə komanda üzvlərinin hər birinə 20 min manat qazandıracaq.
Qələbəyə isə bundan iki dəfə artıq məbləğ ödəniləcək.
SPORTİNFO.AZ