
"Sabahkı matça yaxşı nəticə üçün çıxacağıq. Bu səviyyədə oynayanların çoxu təzyiqə və qalib gəlməyə öyrəşib".
Sportinfo.az xəbər verir ki, bunu İsveç yığmasının kapitanı Viktor Lindelöf evdə Azərbaycana qarşı keçirəcəkləri AVRO-2024-ün seçmə mərhələ oyunundan öncə mətbuat konfransında deyib.
29 yaşlı müdafiəçi qrupun ilk matçında Belçikaya 0:3 hesablı məğlubiyyətə görə məyus olduqlarını bildirib:
"Amma inamımızı itirmirik. Bunun öhdəsindən gələcəyik. Hər oyunda qələbə qazanmaq istəyirik. Təəssüf ki, istədiyimiz başlanğıcı edə bilmədik".
Martın 27-də Solna şəhərindəki "Frends Arena"da keçiriləcək İsveç - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.