"Bacarmadım - Bu, bizim üçün problem olmayacaq"

26 Mart 2023 22:50 Milli komanda 881
"Bacarmadım - Bu, bizim üçün problem olmayacaq"

"Artıq iqlim dəyişikliyinə öyrəşmişik.

Bu, bizim üçün problem olmayacaq".

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan milli komandasının futbolçusu Bəhlul Mustafazadə səfərdə İsveçə qarşı keçirəcəkləri AVRO-2024-ün seçmə mərhələ oyunundan öncə mətbuat konfransında deyib.

26 yaşlı müdafiəçi bildirib ki, Avstriya 1:4 hesabı ilə uduzduqları ilk tur matçında qolların buraxılması bütün müdafiə xəttinin günahı idi:

"Əslində görüşə yaxşı başlamışdıq. Bir neçə epizodda komanda yoldaşlarımı sığortalamalı idim, amma bacarmadım.

Səhvlərdən dərs çıxarmaq lazımdır. İnanıram ki, sabahkı matçda bunlar təkrarlanmayacaq".

Təcrübəli oyunçu yığmanın əsas müdafiəçisi olmasının üzərində təzyiq yaratdığını gizlətməyib:

"Hamımız yaxşı nəticələr üçün mübarizə aparırıq. İnkişaf etdiyimizi düşünürəm. Çünki daha rahat oynamağa və qələbələr qazanmağa başlamışıq".

Martın 27-də Solna şəhərindəki "Frends Arena"da keçiriləcək İsveç - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”