"Azərbaycan yığmasına daha çox qol vura bilərdim"

26 Mart 2023 00:40 Milli komanda 449
"Azərbaycan yığmasına daha çox qol vura bilərdim"

Avstriyanın hücumçusu Mixael Qreqoriç AVRO-2024-ün seçmə mərhələsinin F qrupunun açılış oyununda Lintsdə Azərbaycan yığması üzərində qazandıqları qələbəni (4:1) şərh edib.

Sportinfo.az xəbər verir ki, 29 yaşlı forvard layiqli qələbə qazandıqlarını söyləyib:

"Rəqibimizdən güclü idik. Oyunu da böyük üstünlüklə oynadıq. Azərbaycan üzərində layiqli qələbə qazandıq.

Birdən çox qol vura bilərdim. Ancaq bir neçə yaxşı şansı əldən verdim. Amma istənilən halda, komandama qələbə qazanmasında kömək etdiyim üçün şadam”.

Avstriyanın 4:1 hesablı qələbəsi ilə başa çatan görüşdə Qreqoriç komandasının ikinci qolunu vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti