“Açığı, hamımız millimizdən yaxşı nəticə gözləyirdik.
Ardıcıl 5 oyunluq qələbə seriyasının davamına ümid edirdik.
İlk 15 dəqiqəni də komanda çox yaxşı oynadı. Fikirləşirdim ki, ən azı bərabərlik qazanacağıq”.
Bu fikirləri Sportinfo.az-a açıqlamasında Azərbaycan millisinin AÇ-2024-ün seçmə mərhələsində Avstriyaya məğlubiyyəti (1:4) haqqında danışan Yunis Hüseynov deyib.
Təcrübəli mütəxəssis ilk qoldan sonra Canni De Byazinin yetirmələrinin oyundan tam qopduğunu xüsusi qeyd edib:
“Ancaq buraxılan qoldan sonra komandamız sanki dayandı. Ardıcıl səhvlərdən sonra ikinci qolu buraxdıq.
İkinci yarı əvəzetmələrdən sonra daha yaxşı çıxış edəcəyimizi gözləyirdim. Əksinə, ikinci hissə daha çox boşluqlar verməyə başladıq.
Rəqib komandanın fürsətləri çox oldu. Sadəcə, istifadə edə bilmədilər.
Avstriya da zəif milli deyil. Demək olmaz ki, mütləq qələbə qazanmalı idik.
Ammaoynaya bilərdik, mümkün idi. Müdafiədə ciddi səhvlər etdik və rəqib də maksimum yararlandı”.
XANOĞLAN

