Azərbaycan millisini Avstriya səfərindəki darmadağına görə dağ başına qaldıranlar var.
Ki, yığmamız oyuna yaxşı başlayıb, qol imkanları yaxalayıb, ümumilikdə görüş ərzində güclü rəqibə qarşı pis təsir bağışlamayıb.
AFFA-nın trolları olan həmin dəstənin kimlər tərəfindən öyrədildiyini anlamaq çətin deyil. Milli haqda müsbət fikir formalaşdırmaq üçün pozitiv rəylər yazırlar ki, ağır yenilgiyə münasibət birmənalı olmasın.
Sözlərlə təfərrüata varmaq niyyətini kənara qoyub, “milli yaxşı oynadı” kimi absurd iddianın arxasından boylananlara 90 dəqiqənin statistik göstəricilərini təqdim edirik.
57 topla oynama faizi 43
38 hücum həmləsi 14
25 qapıya zərbə 5
8 “çərçivə”yə zərbə 2
8 korner 5
2 oyundankənar vəziyyət 1
1 Vərəqə 5
Buyurun, bu da yaxşı oynadığını iddia etdiyiniz yığmanın statistik göstəriciləri. Bu rəqəmlərin qarşılığında hesab 1:10 olmayıbsa, şükür etməliyik.
HƏBİB / SPORTİNFO.AZ

