Millimizin üzvü Eddi İsrafilov Avro-2024-ün seçmə mərhələsinin 2-ci turunda keçiriləcək İsveç yığmasına qarşı oyunda iştirak edə bilməyəcək.
Sportinfo.az AFFA-nın saytına istinadən xəbər verir ki, buna səbəb onun Avro-2024-ün seçmə mərhələsinin ilk turunda dünən Avstriyaya 1:4 hesabı ilə uduzduqları matçın gedişində zədələnməsidir.
Yarımmüdafiəçi bu gün millinin düşərgəsindən ayrılacaq.
Martın 27-i keçiriləcək İsveç - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 23:45-də başlanacaq

