Avro-2024-ün seçmə mərhələsində F qrupunda yer alan Azərbaycan millisi səfərdə Avstriya yığmasına uduzub - 1:4.
"Sportinfo TV"nin aparıcı-eksperti Elçin Cəfərov qarşılaşmanı təhlil edərkən əsasən rəqibə hansı epizodlarda uduzduğumuzun təhlilini edib.
Tanınmış jurnalist deyib ki, çoxları Bəxtiyar Həsənalızadə və qapıçı Yusif İmanovun səhvlərini qabardır:
"Bəli, səhvlər çox idi. Amma sual etmək lazımdır ki, niyə keçidlərdə oyunumuz alınmadı?
Dayaq yarımmüdafiədə Almeyda və Eddinin topa sahib ola bilməmələri, itirdikləri topların geridönüşlərdə müdafiə xəttinə problemlər yaşatmaqları xüsusi qeyd edilməlidir.
Zonaya düzgün düşə bilmədiklərinə görə mövqe sığortalarında balans tamamilə pozuldu".
Etopazın sponsorluğu ilə yayımlanan videonu aşağıdakı linkə daxil olaraq izləyə bilərsiz
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

