
Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində ilk oyununu keçirib.
Sportinfo.az xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu kollektiv səfərdə Avstriyanın qonağı olub.
Linz şəhərindəki “Raiffeisen Arena”da oynanılan qarşılaşma meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə bitib.
Görüşdə hesab 28-ci dəqiqədə açılıb. Avstriya seçməsinin kapitanı Marsel Sabitzer fərqlənib. Bundan bir dəqiqə sonra Mixael Qreqoritş fərqi iki topa çatdırıb. İlk hissə bu hesabla başa çatıb.
50-ci dəqiqədə kapitan Marsel Sabitzer özünün ikinci, komandasının üçüncü qoluna imza atıb.
64-cü dəqiqədə Emin Mahmudov fərqi azaltsa da, beş dəqiqə sonra Kristof Baumqartner 4-cü qolu Azərbaycan yığmasının qapısından keçirib.
24 mart
23:45. Avstriya - Azərbaycan 4:1
Qollar:Sabitzer, 28, 50, Qreqoritş, 29, Baumqartner, 69 // Emin Mahmudov, 63
Avstriya: Haynts Lindner, Maksimilian Vöber, Kevin Danso, Nikolas Seyvald, Marsel Sabitzer, Mixael Qreqoritş, Filipp Muene, Kristof Baumqartner, Konrad Laymer, Patrik Vimmer, Qernot Trauner
Ehtiyat oyunçular: Patrik Pents, Niklas Hedl, Yonas Auer, Stefan Poş, Romano Şmid, Andreas Ulmer, Andreas Veymann, Deyan Lyubiçiç, Flavius Danilyuk, Florian Kaynts, Karim Onisivo, Junior Adamu
Azərbaycan: Yusif İmanov, Elvin Cəfərquliyev, Bəxtiyar Həsənəlizadə, Bəhlul Mustafazadə, Höccət Haqverdi, Eddi İsrafilov, Emin Mahmudov (k), Riçard Almeyda, Ramil Şeydayev, Ozan Can Kökçü, Renat Dadaşov
Ehtiyat oyunçular: Emil Balayev, Səlahət Ağayev, Azər Əliyev, Cəlal Hüseynov, Namik Ələskərov, Aleksey İsayev, Tellur Mütəllimov, Elvin Camalov, Tural Bayramov, Anton Krivotsyuk, Filip Ozobiç, Musa Qurbanlı
Hakimlər: Bartoş Frankovski,Marçin Boniek, Yakub Vinkler, Damian Kos (hamısı Polşa)
Linz, “Raiffeisen Arena”
23:45. İsveç - Belçika
"Friends Arena")